Azərbaycanlı jurnalist Gezi parkına görə istefa verdi

15 İyun 2013 09:12 (UTC+04:00)



Türkiyənin Gezi Parkındakı hadisələri "türk baharı" kimi təqdim etməkdən imtina edən İranın Azərbaycan əsilli jurnalisti işindən olub.

Azərbaycanlı müxbir Məhəmməd Əlabbasi Türkiyə mətbuatına verdiyi açıqlamada istefa etdiyini bildirib:"Mənə İrandan zəng edərək dedilər ki, İstanbuldan verdiyim xəbərlərdə "türk baharı" ifadəsi işlətməliyəm.

Həmçinin Türkiyənin qarışdığını söyləməliyəm. Mən etiraz etdim və bildirdim ki, burada demokratiya var, bura ərəb ölkələri kimi deyil, burda bahar olmaz".

İranın istəklərinə uyğun ifadələr işlətmədiyinə və Türkiyədə vəziyyətin olduqca gərgin olduğunu bildirmədiyinə görə təhqir və təhdid olunan müxbir istefa verib.

Qeyd edək ki, bundan əvvəl İranın Gezi parkında baş verən olaylardan istifadə etməyə çalışaraq İstanbula qarışıqlıq yaratmaq məqsədilə agentlər göndərdiyi barədə xəbərlər yayılmışdı.

Elnarə
AzNews.az