Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

23 Aprel 2021 16:07 (UTC+04:00)

Sabiq deputat, qeyri-etik videoyla gündəmə gələn Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasından çıxarılıb.

AzNews.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

İclasda həmçinin onun Xətai rayon Təşkilatının sədrliyindən çıxarılması da qərara alınıb.

Qeyd edək ki, H. Mirələmov partiyanın Veteranlar Şurasının üzvlüyündə də təmsil olunurdu.