Ərdoğan Gürcüstana səfər edəcək

23 Aprel 2021 16:26 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri planlaşdırılır.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan açıqlama verib.

O qeyd edib ki, səfərin tarixi Gürcüstan tərəfi ilə razılaşdırılır.