Bu gün 15 minə yaxın şəxs vaksin vurdurub

23 Aprel 2021 16:57 (UTC+04:00)

Bu gün Azərbaycanda koronavirus əleyhinə 14 min 424 vaksin vurulub.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 8 min 199, ikinci mərhələ üzrə 6 min 225 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 396 min 391, birinci mərhələ üzrə vaksin olunanların sayı 926 min 76, ikinci mərhələ üzrə isə 470 min 315 təşkil edir.