İdmançımız ermənini məğlub edib yarımfinala çıxdı

23 Aprel 2021 17:06 (UTC+04:00)

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

AzNews.az xəbər verir ki, yunan-Roma güləşi yarışlarında 63 kq-da mübarizə aparan Taleh Məmmədov erməni idmançı ilə üz-üzə gəlib.

Məmmədov Qraçya Poqosyan üzərində qələbəyə sevinib və yarımfinala vəsiqə əldə edib.