İlham Əliyev o universitetə yeni rektor təyin etdi

23 Aprel 2021 17:30 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Lənkəran Dövlət Universitetinə yeni rektor təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti"