Azərbaycan daha bir neçə erməni meyitinin qalıqlarını təhvil verib

23 Aprel 2021 18:51 (UTC+04:00)

Azərbaycan Qarabağda müharibədə ölən daha 3 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Ağdərə istiqamətində qarşı tərəfə verilib.

Bundan əvvəl də Azərbaycan xeyli erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Bununla yanaşı, erməni tərəfinin Hadrut qəsəbəsi ərazisində bu gün apardığı axtarış zamanı iki erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 13-dən bəri 1 551 erməni hərbçinin meyitinin qalıqlarını tapılıb.

AzNews.az