Doğuş məhkəməyə getdi - 5 qəpik istəyir!

23 Aprel 2021 19:43 (UTC+04:00)

Müğənni Doğuş həmkarı Bilal Sonsesi məhkəməyə verib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifaçı Bilalın "Elin olamam" adlı mahnısının əvvəl və axır hissəsinin "Bunun adına yürek derler" bəstəsindən oğurladığını iddia edib.

Bundan sonra o, Sonsesi məhkəməyə verərək, ondan 5 qəpik təzminat tələb edib. Doğuşun vəkili, məhkəmənin qərarı ilə təzminat ödənildiyi təqdirdə, bu xəbərin Türkiyənin ən məşhur qəzetlərində yayımlanması tələbini də irəli sürüb.

AzNews.az