Azərbaycan prezidenti Brüsselə səfər edəcək

15 İyun 2013 09:39 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Brüsselə səfər edəcək.

APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, səfər Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun dəvəti əsasında gerçəkləşəcək. İyunun 21-də Azərbaycan prezidentinin Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşəcək. Görüşlərdə Azərbaycanla AB arasında əməkdaşlıq perspektivləri, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

AzNews.az