Ərdoğan Baydenlə danışdı - SON DƏQİQƏ

23 Aprel 2021 22:34 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefonla danışıb.

Bu barədə AzNews.az Türkiyə mediasına istinadən xəbər verir.

Ağ evdən verilən yazılı açıqlamaya görə, söhbət zamanı prezidentlər qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsini və anlaşmazlıqların aradan qaldırılmasını müzakirə ediblər.

Bundan savayı, hər iki lider iyun ayında keçiriləcək NATO sammitində görüşməyi planlaşdırıblar.

Həmin görüşdə, regional problemlər də daxil olmaqla bir çox məsələlərin müzakirə ediləcəyi bildirilir.

AzNews.az