Bakı bulvarında daha bir intihara cəhd

15 İyun 2013 10:05 (UTC+04:00)
İyunun 15-nə keçən gecə saat 00 radələrində Bakı bulvarında intihara cəhd hadisəsi olub.

Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, Biznes Mərkəzinin arxa hissəsində Babək prospekti 87 ünvanındakı yataqxanada yaşayan 1972-ci il təvəllüdlü Quliyeva Səminə Səfər qızı özünü dəniz ataraq intihara cəhd göstərib və özünü dənizə atıb.

Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri qadını ölümdən xilas ediblər və o xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, özünü öldürmək istəyən 41 yaşlı qadın ruhi-əsəb xəstəsidir.

Faktla əlaqədar araşdırmalar aparılır.//lent.az//

AzNews.az