Arif Quliyevin vəziyyəti ağırlaşdı

26 Aprel 2021 11:15 (UTC+04:00)

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Rövşən Quliyev bildirib.

O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib: “Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.