Vahid Ələkbərov İlham Əliyevi dəstəklədiyini açıqladı

15 İyun 2013 11:03 (UTC+04:00)




Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı iş adamı, "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycanda keçirilən prezident seçkilərində prezident İlham Əliyevi dəstəklədiyini açıqlayıb.

"Mən İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıyam və bu yöndə olan təşəbbüslərin hamısını dəstəkləyirəm. Bu yaxınlarda mütləq Bakıya gedib prezident İlham Əliyevə dəstək verdiyimi orada da bildirəcəyəm", - deyə o, bildirib.//anspress//



AzNews.az