3184 müəllimə ehtiyac var

15 İyun 2013 11:37 (UTC+04:00)
Təhsil Nazirliyi yerlərdən verilmiş məlumatlara əsaslanaraq bildirib ki, 2013-2014-cü tədris ilində 3184 müəllimə ehtiyac var. AzNews.az naziliyə istinadən xəbər verir ki, Bakı şəhəri üzrə 435, digər rayon və şəhərlər üzrə 2749 müəllimə ehtiyac var.

Bakı şəhərində əsas ibtidai sinif, fiziki tərbiyə və ingilis dili müəllimlərinə, digər rayon və şəhər məktəblərində isə daha çox ehtiyac kimya, biologiya, coğrafiya, fizika, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili, informatika və ibtidai sinif müəllimlərinədir.

Elnarə
AzNews.az