Prezident İlham Əliyev: "Mənim kimi idmanla məşğul olsunlar" - VİDEO

26 Aprel 2021 23:46 (UTC+04:00)

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Aznews.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.

Dövlət başçısı hərbçilər üçün nəzərdə tutulmuş idman kompleksində çəki daşlarını qaldırıb. İlham Əliyev əvvəlcə hərəsi 15 kq, daha sonra isə 20 kq olan çəki daşları ilə idman edib.

Dövlət başçısı bildirib: "Göstərirəm ki, şəxsi heyət mənim kimi idmanla məşğul olsun"