Baloğlan Əşrəfov Masallıda dəfn ediləcək

27 Aprel 2021 09:41 (UTC+04:00)

Ötən gün vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun dəfn yeri məlum olub.

AzNews.az-ın məlumatına görə, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Şəhla İsgəndərova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sənətkar Masallı rayonunun Bədəlan kəndində torpağa tapşırılacaq.

B.Əşrəfov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. İfaçı bir müddət əvvəl koronavirusa yoluxmuşdu.

Onu da əlavə edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin!