Türkiyədə ard-arda zəlzələlər oldu

27 Aprel 2021 09:48 (UTC+04:00)

Egey dənizinin Quşadası sahillərində ard-arda zəlzələlər baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, ilk zəlzələnin gücü 4,0 bal, ikinci zəlzələnin gücü isə 4,1 bal olub.

Dağıntı və itki barədə hər hansı məlumat daxil olmayıb.