“Bəyanat ABŞ-Türkiyə hərbi əlaqələrinə təsir etməyəcək” - Pentaqon

27 Aprel 2021 09:57 (UTC+04:00)

“Türkiyə ilə hərbi münasibətlərdə dəyişiklik olacağını düşünmürük. Türkiyə NATO üzrə müttəfiqdir”.

AzNews.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib.

C. Kirbi Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırmasının iki ölkə arasında hərbi əlaqələrə təsir edib-etməyəcəyi barədə suala cavabında bildirib ki, fərqli sahə və mövzularda bu münasibətləri inkişaf etdirməyə davam edirlər.

“Prezidentin həftəsonu verdiyi açıqlamanın buna hər hansı formada təsir edəcəyini düşünmürük”, - deyə sözçü əlavə edib.

Qeyd edək ki, “Bloomberg” Türkiyənin ABŞ-la müdafiə sahəsindəki əməkdaşlıq sazişini dondura biləcəyini yazmışdı.

Pərvanə