Prezident Alimpaşa Məmmədovu vəzifəsindən azad etdi

27 Aprel 2021 11:24 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Alimpaşa Məmmədovu vəzifəsindən azad edib.

AzNews.az xəbər verir ki, sərəncama əsasən, Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, A. Məmmədov 2014-cü ildən Şəmkirin icra başçısı idi.