Daha 13 qazimiz Türkiyəyə göndərildi - Video

27 Aprel 2021 11:33 (UTC+04:00)

Ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

AzNews.az xəbər verir ki, Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-nun müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Türkiyəyə göndərilən qazilər:

1. Əsgərov Orxan Tofiq oğlu

2. Daşdəmirov Qədir İsmayıl oğlu

3. Cəfərov Namiq Fərhad oğlu

4. İbrahimov Kamran Ceyhun oğlu

5. Əliyev İntiqam Oktay oğlu

6. Əlizadə Şəhriyar Mirağa oğlu

7. Zeynalov Məhiyyəddin Elsevər oğlu

8. Abdurrəşidov Qorxmaz Tələt oğlu

9. Məmmədzadə Arif Mahir oğlu

10. Məcidov Vidadi Əlisa oğlu

11. Babayev Anar Ramiz oğlu

12. Məmmədov Ədalət Ramazan oğlu

13. Qurbanov Xəyal Elburus oğlu