"Bütün təhdidlərə qarşı Azərbaycanın yanındayıq" - Türkiyə PA-nın rəsmisi

27 Aprel 2021 15:58 (UTC+04:00)

“1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş Konsulunu şəhid edən erməni terrorist Hampiq Sasunyan keçən ay azadlığa çıxıb. Bu qatillərin cəzasız qalması sadəcə yeni nəsil ekstremistləri cəsarətləndirəcək deyə xəbərdarlıq etmişdik. Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistləri daha da cəsarətləndirir”.

AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyanın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Bu gərginlikdən narahat olur, bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bildiririk. ABŞ rəsmilərini lazımi addımı atmağa çağırırıq. Erməni terroristləri tərəfindən şəhid edilən diplomatlarımızla bağlı sərgimiz may ayının 1-nə qədər Los-Ancelesdə nümayiş olunacaq”, - deyə F. Altun bildirib.

Pərvanə