Kimliyi müəyyənləşdirilən iki şəhidlə bağlı - Rəsmi açıqlama

27 Aprel 2021 17:53 (UTC+04:00)

Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən daha iki hərbçinin meyitinin şəxsiyyəti müəyyənləşdirildiyini açıqlayıb.

Qurumdan AzNews.az-a verilən məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.