Qara dənizdə sular isindi: ABŞ-dan Rusiyaya gözdağı

27 Aprel 2021 21:01 (UTC+04:00)

ABŞ-ın Hamilton Sahil Mühafizəsinin kateri “NATO üzrə müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq məqsədilə” Qara dənizə daxil olub.

Bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin altıncı donanması məlumat yayıb.

“Hamilton Sahil Mühafizəsinin kateri NATO müttəfiqlərinə və tərəfdaşlarına dəstək olmaq üçün 27 aprel tarixində Qara dənizə daxil oldu”, - məlumatda belə deyilir.

AzNews.az