Türkiyə bunu da etdi: Ukraynaya böyük güzəşt

27 Aprel 2021 21:11 (UTC+04:00)

Türkiyə və Ukrayna arasında sərhəd keçidi prosedurlarının sadələşdirilməsi və ölkələr arasında yeni çarter reyslərinin açılmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə Ukrayna mədəniyyət naziri Aleksandr Tkaçenko şəxsi “Telegram” kanalında məlumat paylaşıb.

O, qeyd edib ki, Türkiyədə aprelin 29-dan mayın 17-dək tətbiq olunacaq lokdaun ukraynalı turistlərə şamil olunmayacaq. Onlar ölkə boyu sərbəst şəkildə hərəkət edə biləcəklər.

AzNews.az