Kubok oyunları FİFA referilərinə tapşırıldı

28 Aprel 2021 17:18 (UTC+04:00)

Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının hakim təyinatları açıqlanıb.

AzNews.az xəbər verir ki, sabah keçiriləcək hər iki görüş FİFA referilərinə tapşırılıb.

29 aprel (cümə axşamı)

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00

“Zirə” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu, 20:00