Aya ilk kosmik uçuş edən şəxs vəfat edib

28 Aprel 2021 22:32 (UTC+04:00)

NASA astronavtı, Aya ilk kosmik uçuşun iştirakçısı Maykl Kollinz xərçəng xəstəliyindən 90 yaşında dünyasını dəyişib.

Aznews.az xəbər verir ki, bu barədə onun yaxınları tvitterdə bildiriblər.

"Təəssüf hissi ilə bildiririk ki, sevimli atamız və babamız bu gün xərçəng xəstəiliyi ilə şanlı mübarizədən sonra öldü", - açıqlamada deyilir.

Ailə üzvlərinin sözlərinə görə, Kollinz son günlərini qohumlarının əhatəsində keçirib.

Kosmik gəmi 1969-cu ilin iyul ayında Neyl Armstronq və Bazz Oldrinlə birlikdə dünyada ilk dəfə Aya eniş edib. Kollinz bu dövrdə dairəvi orbitdə həmkarlarını gözləyib.