Fanatları Aygün Kazımovaya qarşı birləşdi

29 Aprel 2021 12:36 (UTC+04:00)

Xalq artisti Aygün Kazımovanın pərəstişkarları sosial şəbəkələrdə ona qarşı kampaniyaya start verib.

AzNews.az xəbər verir ki, buna sənətçinin “Söylə” adlı yeni layihəsi səbəb olub. Belə ki, sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus bəstə tənqid atəşinə tutulub.

Fanatlar yutub platformasının şərh böməsində #AygünKazımovaözünəgəl həştəqi ilə Xalq artistinə etiraz ediblər.

Onlar “Diva” ləqəbli pop ulduzun repertuarında son zamanlar zəif mahnılara yer verdiyini vurğulayıblar.