Məhkəmə qərar verdi - Ərdoğana 56 min təzminat ödəniləcək

29 Aprel 2021 12:51 (UTC+04:00)

Türkiyənin müxalif partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu prezident Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək.

AzNews.az xəbər verir ki, buna səbəb Canan Kaftancıoğlunun tvitter səhifəsində prezidentin şərəf və ləyaqətini alçaldan paylaşımlar etməsidir.

Məhkəmənin qərarı ilə Rəcəb Tayyib Ərdoğana 56 min lirə (təxminən 12 min manat) təzminat ödənəcək.

Qeyd edək ki, məhkəmədən C. Kaftancıoğlunun hər bir paylaşımı üçün 50 min lirə olmaqla, ümumilikdə 700 min lirə təzminat tələb edilmişdi.

Pərvanə