Koronavirusa yoluxan Niyaməddin Musayevdən XƏBƏR VAR

29 Aprel 2021 13:26 (UTC+04:00)

Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb.

AzNews.az-ın məlumatına görə, bu barədə Niyaməddin Musayev Unikal.org-a açıqlamasında bildirib.

Xalq artisti tamamilə sağaldığını və yaxşı olduğunu da dilə gətirib:

“20 gün xəstəxanada yatdım. Vəziyyətim ağır idi, həkimlər məni sağaltdı. Onlara minnətdarlığımı bildirirəm. Hazırda yaxşıyam, artıq evimdəyəm”.