İki azyaşlı xilas edildi

15 İyun 2013 18:51 (UTC+04:00)


Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

AzNews.az