Ankarada Ərdoğan hökümətinə dəstək mitinqi- FOTO

15 İyun 2013 19:05 (UTC+04:00)


Türkiyənin paytaxtı Ankarada hökumətə dəstək mitinqi keçirilir. Sincan "Pazaryeri"ndə keçirilən mitinqdə 100 minlərlə insan iştirak edir. Məlumata görə, mitinq meydanına girən hər kəsin üstü polis tərəfindən yoxlanılır. AKP Ankara təşkilatı iştirakçılara Türkiyə bayrağı, AKP bayrağı və yağışdan qorunmaq üçün geyim paylayıb.

Qeyd edək ki, mitinqdə Türkiyənin bir çox vilayətlərindən gəlmiş insanlar iştirak edir.

Bundan başqa başda "Ankaragücü" olmaqla paytaxtın superliqada oynayan 3 futbol komandası da öz formaları ilə mitinqdə iştirak edir. (anspress)

AzNews.az