Qırğızıstan və Tacikistan sərhəddə nizamlanma üzrə birgə qrup yaradacaqlar

30 Aprel 2021 11:07 (UTC+04:00)

Qırğızıstan və Tacikistan iki respublikanın sərhədində münaqişənin həllinə dair birgə qrupun yaradılması barədə razılığa gəliblər.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib.

“Tərəflər iki dost xalqın və dövlətin mənafeyi naminə səmərəli danışıqlar prosesinin aparılması üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və müvafiq sabitləşdirici şəraitin yaradılması məqsədilə hüquq-mühafizə orqanları və iki ölkənin icra hakimiyyəti əməkdaşlarının birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər”, - məlumatda deyilir.

Qırğızıstan XİN-in məlumatına görə, bu qərar iki dövlətin işçi qruplarının görüşü zamanı qəbul edilib.

“Həmçinin Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqdi vilayətinin sərhədyanı sahələrində vəziyyətin sabitləşdirilməsi üzrə danışıqlar prosesinin davam etdirilməsinə dair razılıq əldə olunub”, - XİN qeyd edir.