Gezi parkı ilə bağlı ilk həbs qərarı

15 İyun 2013 19:48 (UTC+04:00)


Türkiyə polisinin Taksim "Gəzi parkı" hadisələri çərçivəsində Sosialist Demokrat Partiyasının (SDP) binasına təşkil etdiyi əməliyyat zamanı 59 nəfər saxlanılıb.

Saxlanılanlardan 28 nəfərin ifadəsi alınaraq azadlığa buraxılıb. 5 nəfər isə şübhəli şəxs qismində məhkəmə qərarı ilə nəzarətə götürlüb. 26 nəfər şübhəlinin isə həbs olunmasına qərar verilib.

Bu, məhkəmənin Gezi parkı hadisələrində iştirak edənlər barəsində verdiyi ilk həbs qərarı olub.

Qeyd edək ki, hadisələrlə bağlı daha əvvəl həbs olunan 450 nəfərin ifadələri alındıqdan sonra onlar azadlığa buraxılıb.

AzNews.az