Pakistanda tələbə xanımlara divan tutuldu: 11 ölü

15 İyun 2013 20:18 (UTC+04:00)


Pakistanın Kvetta şəhərində tələbə qızların olduğu avtobusun partladılması nəticəsində 11 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Ölənlərin hamısı qadınlar üçün yerli universitetin tələbələridir.

İkinci terror aktı isə partlayış zamanı yaralananların aparıldığı xəstəxanada törədilib. Xəstəxananın bir hissəsini zəbt edən terrorçular damda gizləniblər. Atışma zamanı xəstəxana personalından bir nəfər öldürülüb, bir nəfər isə yaralanıb.

Hələlik hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

AzNews.az