Türkiyə Rusiya vaksininə “hə” dedi

30 Aprel 2021 17:41 (UTC+04:00)

Türkiyə koronavirusa qarşı Rusiyanın istehsal etdiyi “Sputnik V” vaksininə müsbət rəy verib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Türkiyə “Sputnik V”yə razılıq verən sayca 63-cü ölkə olub.