Suriya ordusunun 70-dən çox zabiti Türkiyəyə sığındı

15 İyun 2013 21:40 (UTC+04:00)


7 general və 20 polkovnik daxil olmaqla 73 suriyalı zabit Türkiyənin cənubundakı Reyhanlı şəhərinə gəlib. Ailə üzvləri ilə birlikdə qaçqınların sayı 202 nəfər təşkil edib. Onların hamısı Türkiyədən siyasi sığınacaq istəyən suriyalı zabitlər üçün yaradılmış xüsusi düşərgəyə yerləşdirilib. Müdafiə nazirliyi və Reyhanlı şəhərinin rəhbərliyi zabitlərin Türkiyəyə gəldiyi tarixi açıqlamır.

Hal-hazırda Türkiyə ərazisində yaradılmış xüsusi düşərgələrdə 195 min suriyalı qaçqınların yaşadığı bildirilir.

AzNews.az