“Rusiyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır”

2 May 2021 15:11 (UTC+04:00)

Rusiyada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya səhiyyə naziri Mixail Muraşko “Rossiya-1” telekanalının “Vesti” proqramının efirində bildirib.

“Koronavirusla bağlı vəziyyət hələ ki, gərgin olaraq qalır. 300 mindən artıq xəstə nəzarət altındadır”, - o deyib.

Nazir, həmçinin qeyd edib ki, may tətili infeksiyanın ötürülmə zəncirini qırmaq üçün uzadılıb.

Qeyd edək ki, Rusiyada koronavirusa 4 823 255 yoluxma halı qeydə alınıb, 4 443 922 pasiyent sağalıb, 110 862 nəfər dünyasını dəyişib.