Venesuelanın paytaxtı müvəqqəti olaraq dəyişdirilib

16 İyun 2013 07:54 (UTC+04:00)
İyunun 15-də Venesuela prezidenti Nikolas Maduro ispan müstəmləkəçilərinə qarşı "Ölüm-dirim savaşı!" adı altında mübarizənin 200 illiyi ilə əlaqədar paytaxtın Karakasdan müvəqqəti olaraq, ölkənin qərbinə Truxilo şəhərinə köçürülməsi haqda sərəncam verib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bununla bağlı dövlət başçısı deyib: "İyunun 15-16 tarixlərində Venesuela Respublikası paytaxtının Truxilo təyin edilməsi barədə qərar verdim".

Xatırladaq ki, 1813-cü il iyunun 15-də Venesuelanın milli qəhrəmanı Simon Bolivar Truxiloda "Ölüm –dirim savaşı haqqında dünya millətlərinə" manifesti yayıb. Orada ispan müstəmləkəçiləri və onların daxildəki tərəfdarlarına qarşı mübarizəyə çağırılır.

Təntənəli mərasim zamanı Maduroya Truxilonun rəmzi açarı verilib.


AzNews.az