“İnter” 11 ildən sonra çempion oldu

2 May 2021 20:48 (UTC+04:00)

İtaliya A seriyasında 2020-2021 mövsümünün qalibi bəlli olub.

AzNews.az xəbər verir ki, "İnter" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bu, 34-cü turda bu gün keçirilən "Sassuolo" - "Atalanta" matçından (1:1) sonra dəqiqləşib. "Atalanta"nın xal itirməsi və lider "İnter"lə xal fərqinin 13 olması yarışın qalibini müəyyənləşdirib.

Qeyd edək ki, "İnter" 11 ildən sonra növbəti dəfə çempion adını qazanıb. Bu, Milan təmsiççisinin ümumilikdə 19-cu çempionluğudur.