Son 9 ildə 8-ci kuboku qazandılar

2 May 2021 22:20 (UTC+04:00)

Futbol üzrə Avstriya kubokunun qalibi məlum olub.

AzNews.az xəbər verir ki, həlledici görüşdə LASK və “Zalsburq” komandaları üz-üzə gəliblər.

Görüş “Zalsburq”un 3:0 hesablı qələbəsiylə başa çatıb.

“Zalsburq” klub tarixində 8-ci dəfə ölkə kubokunu qazanıb. Komanda bu titulları son 9 ildə əldə edib.