Türkiyənin tanınmış jurnalisti çağırış etdi

16 İyun 2013 08:37 (UTC+04:00)
İstanbulun Taksim meydanında etirazçılara müdaxilə edən polisin balaca uşaqların üzərinə qaz bombaları atdığı iddia olunub.

Hadisə ilə bağlı tanınmış jurnalistlərdən Can Dündar "Halk TV"-nin canlı yayımına qatılaraq açıqlama verib.

Jurnalist müdaxiləyə son qoyulması üçün çağırış edib: "30 ildir jurnalistəm, belə sərt müdaxilə görməmişəm. Müdaxilənin dayandırılması üçün hamı öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yalvarıram müdaxiləni dayandırın".

Jurnalist bildirib ki, uşaqların üzərinə qaz bombaları atılır: "Neçə ildir jurnalistəm, heç yerdə belə bir şey görməmişəm".//anspress//

AzNews.az