Prezident Türkiyə və Serbiyanın yeni səfirlərini qəbul etdi

3 May 2021 11:44 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib.

AzNews.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.

***
Bundan başqa dövlət başçısı bu gün Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.