İstanbuldan Gəncəyə birbaşa uçuşlar başlayır

3 May 2021 12:17 (UTC+04:00)

“Türk Hava Yolları” Türkiyənin İstanbul şəhərindən Gəncəyə birbaşa uçuşlar təşkil edəcək.

AzNews.az bildirir ki, bu barədə “Hürriyet” xəbər yayıb.

Aviareyslər həftədə iki dəfə olmaqla, mayın 15-dən həyata keçiriləcək.