32 yaşlı qadının meyiti evində tapıldı

3 May 2021 13:45 (UTC+04:00)

Salyanda evdən qadın meyiti tapılıb.

AzNews.az-ın məlumatına görə, Cəlilabad rayon sakini 1989-cu il təvəllüdlü Quliyeva Fatimə Yusif qızının meyiti Salyan rayonunda yaşadığı evində ailə üzvləri tərəfindən aşkar edilib.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.