730 kiloqram narkotikin sərhəddən keçirilməsinin qarşısı alındı

3 May 2021 14:36 (UTC+04:00)

Gömrük orqanları tərəfindən keçirilən uğurlu əməliyyat zamanı külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

AzNews.az bildirir ki, bu barədə Dövlət Gömrük Xidmətinin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.

O bildirib ki, son iki həftə ərzində ölkəmizin cənub sərhədlərində beş fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb.