Avropa Birliyinə giriş asanlaşacaq

3 May 2021 15:47 (UTC+04:00)

Avropa Komissiyası üçüncü ölkələrdən Avropa Birliyi ərazisinə daxil olan şəxslərin giriş icazəsinin asanlaşdırılması barədə rəy verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, giriş icazəsi təkcə, pandemiya ilə bağlı vəziyyəti yaxşı olan ölkələrə deyil, həmçinin, səfər etməzdən azı 2 həftə öncə peyvənd vurduran şəxslərə də şamil ediləcək.

Amma xarici vətəndaşlar yalnız Avropa Birliyinin tibb qurumu tərəfindən tanınan vaksinlərlə peyvənd olunduqları halda buraxılacaq.