Ermənistanın sabiq Baş Qərargah rəisinə cinayət işi açıldı

3 May 2021 18:29 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi general-polkovnik Movses Akopyana ittiham irəli sürülüb və barəsində cinayət işi başlanıb.

Aznews.az xəbər verir ki, M. Akopyan bu barədə məlumatı “Sputnik Armenia”nın əməkdaşına təsdiqləyib.

Milli Təhlükəsizlik Xidməti (MTX) onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirri təşkil edən məlumatı elan etmə) ilə cinayət işi başladıb.

General MTX-da dindirildiyini də vurğulayıb. Ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

Xatırladaq ki, M. Akopyan ötən ilin noyabr ayında keçirdiyi böyük mətbuat konfransında bir sıra səs-küylü açıqlamalar verib.