Azərbaycanda ilk və tək www.sorğu.az saytı fəaliyyətə başladı

3 May 2021 19:06 (UTC+04:00)
Tanınmış jurnalist Ceyhun Əsgərovun təqdimatında yeni sayt fəaliyyətə başlayıb.

Fərqli üslubda fəaliyyət göstərəcək "Milli Sorğu Mərkəzi”nin www.sorgu.az saytında müxtəlif proseslərlə, şəxslərlə, qurumlarla bağlı ictimai rəyi öyrənmək üçün sorğular keçiriləcək. Qeyd edək ki, ölkədə ilk dəfə hazırlanan və istifadə olunan bu platforma əslində 2017-ci ildən mövcuddur. Bu müddət ərzində müəyyən səbəblərdən dolayı bir qədər fasilələr olsa da, bundan sonra saytın mütəmadi fəaliyyət göstərməsi planlaşdırılıb.

"Milli Sorğu Mərkəzi” ictimai fikrin öyrənilməsi yolu ilə siyasi, sosial və marketinq araşdırmaları aparır. Araşdırmalar Mərkəzin internet saytında dərc edilir və illik, yarımillik, dövri hesabatlar ictimaiyyətə təqdim olunur.

Marketinq araşdırmaları istiqamətində Mərkəz sifarişçinin arzu və istəklərinə uyğun olaraq istənilən sahədə sorğular keçirərək onların əsasında xüsusi konsepsiyalar hazırlayır.

Mərkəzin işində Azərbaycanda tanınmış jurnalistlər, ekspertlər iştirak edir.