Seçkilərdə Bəşər Əsədə iki rəqib

4 May 2021 08:52 (UTC+04:00)

Suriyanın Ali Konstitusiya Məhkəməsi 26 mayda keçiriləcək prezident seçkilərinə qatılmaq istəyən iki yeni namizədin müraciətini təsdiqləyib.

AzNews.az xəbər verir ki, namizəd olmaq istəyən 48 nəfərin ərizəsi isə tələblərə riayət etmədiyi üçün qeydə alınmayıb.

Seçkilərdə iştirakına icazə verilən ilk namizəd Abdalla Sallum Abdalla 2016-2020-ci illərdə nazir olaraq fəaliyyət göstərib.

Namizədliyinə yaşıl işıq yandırılan digər şəxs isə Mahmud Mareydir. O, hökumət tərəfindən dəstəklənən müxalifət hərəkatının üzvüdür.

Pərvanə