Qırğızıstanla Tacikistan arasındakı bölgəyə xüsusi status veriləcək

4 May 2021 10:06 (UTC+04:00)

Yaxın gələcəkdə Qırğızıstanın Tacikistanla silahlı sərhəd qarşıdurmasının baş verdiyi Batken vilayətinə xüsusi status veriləcək.

AzNews.az bildirir ki, TASS bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

“Müvafiq qərar mənim tərəfimdən imzalanıb və parlamentə baxılması üçün göndərilib. Qəbul edilən kimi Batken bölgəsi vergi güzəştləri daxil olmaqla xüsusi status alacaq”, - deyə respublikanın Baş naziri Ulukbek Maripov bölgəyə səfəri zamanı açıqlayıb.

Maripov bölgə sakinlərinin qarşıdurma zamanı dağılmış evlərinin dövlət hesabına bərpa ediləcəyinə də söz verib.